![](/up/news/article/thumb_bilal-shaban.jpg)
Media-İslam.Com Agentliyinin İsra
Haberə istinadən verdiyi xəbərə əsasən Livan Tövhid Hərəkəti lideri Bilal
Şaban, İmam Xomeyni tərəfindən elan edilən vəhdət həftəsi münasibətiylə İran
xəbər agentliyinə etdiyi şərhində, Amerika və İsrailin proyektlərinə qarşı
İslam dünyasının güclərini birləşdirməsi lazım olduğunu söylədi.
Şiə və Sünnilər arasında var olduğu
irəli sürülən problemlərin gerçəyi əks etdirmədiyini qeyd edən Şaban, "Şiə
və Sünnilərin tarixləri, nəbiləri, Quranları və düşmənləri birdir. Şiə və
Sünnilər bir xalqdır. Kim, şiə və Sünniləri birləşdirən ünsürlərin, ayıran
ünsürlərdən daha az olduğunu irəli sürürsə səf edir. İndiyə qədər meydana gələn
bütün hadisələr də isbat etmişdir ki şiə və Sünniləri birləşdirən ünsürlər daha
çoxdur. Şiə və Sünnilər arasındakı fitnənin arxasında dayananlar, keçmişdə
olduğu kimi indi də Müsəlmanların düşmənləri olanlardır. Bu kəslər yalnız
Şiələrlə Sünnilər arasında deyil Sünnilər arasında da ixtilaf çıxardırlar"
dedi.
Şiə və Sünni Müsəlmanlar arasındakı
qarşılıqlı əməkdaşlığın və anlayışının son dərəcə mükəmməl olduğunu ifadə edən
Şaban, Səudiyyə Ərəbistanda başlayan Ərəblər arası iç sülh görüşmələrinin
Livan, Fələstin və İraqda da edilməsi üçün İslam dünyasına müraciət etdi.
İslam İnqilabı lideri İmam Xomeyni,
İslam peyğəmbəri Hz. Muhammed(s)in mübarək vəladətinin tarixi mövzusunda Şiə və
Əhli Sünnə qaynaqlarındakı fərqliliyi- Əhli Sünnəyə görə 12 Rəbiuləvvəl, Şiəyə
görə 17 Rəbiuləvvəl- qiymətləndirərək bunu vəhdət səbəbi görmüş və bu iki tarix
arasını İslami Vəhdət Həftəsi elan etmişdir.