Orta şərq » İngiltətə rəsmisi İran XİN-inə çağırıldı

 İİR-nın xarici işlər naziri İngiltərə xarici işlər nazirinin anti-iran sözlərinə görə, bu ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini İranın xarici işlər nazirliyinə çağırılıb.

 

İranın xarici işlər nazirliyi İngiltərəli həmkarı Vilyam Higin İİR-nın Suriyadakı hadisələrə müdaxiləsi üzər həqiqətə uyğun olmayan və əsassız sözlərinə reaksiyada İngiltərənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb və İranın bu haqdakı kəskin etirazını ona bildirib.

İranın XİN-nin Avropanın Qərbi üzrə birincisi idarəsinin sədri Tehranda İngiltərə səfirliyinin müvəqqəti işlər vəkil ilə görüşdə deyib: İngiltərə başçıları bu ölkənin region dəyişikliklərinə keçmiş zamanlardan olan müdaxilələri və bu haqdakı təxribatçı roluna görə xüsusilə Bəhreyn kimi bəzi ölkələrin hərbi qüvvələrinə xalqı yatırtmaq üçün təlim keçmələrinə görə, başqa ölkələr haqda fikir bildirmə səlahiyyətinə malik deyillər.

Bu görüşdə həmçinin İngiltərə rəsmilərinin İran haqda müdaxiləçi sözləri pislənilib və İngiltərənin region dəyişiklikləri haqdakı ikili və ziddiyyətli siyasətləri tənqid edilib.

İngiltərənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili də ili fürsətdə İİR-nin etirazını öz ölkəsinin rəsmilərinə çatdırması haqda öhdəlik götürüb.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!