Azərbaycan və MDB » QMİ dindarların həbsini əsaslandırdı!

Qafqaz Müsəlmanları İdarəsi 6 may “ Hicaba azadlıq “ aksiyasında həbs olunanların həbsini əsaslandırıb.


Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Musavat” qəzetinə açıqlamasında deyib ki, 6 may aksiyasında həbs olunanlar dindar olduqları üçün deyil, qanunları pozduqlarına görə ittiham olunurlar.

İdarə sözçüsü həbs olunan dindarların müdafiəsi ilə bağlı hər hansı müraciətin olmadığını bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi vurğulayıb : “O insanlar dindar olduqları üçün saxlanılmayıblar. Görünür, hansısa cinayət əməlində ittiham olunurlar.”

Digər tərəfdən Vəkil Dilqəm Ağayev Qafqaz Müsəlmanları İdarəsi rəsmisinin Təhsil Nazirliyi qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunanlar barədə fikirlərinə belə münasibət bildirib : “6 may aksiyasında həbs olunanların hamısı dindardır. Aralarında bir nəfər ilahiyyatçı var. Bu baxımdan onların dini motiv əsasında həbs olunduğu birmənalıdır”.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!