Yaxın şərq » Türkiyə prezidenti Polşadadır

Türkiyə prezidenti Abdulla Gül 3 günlük proqramla Polşaya rəsmi səfər edib

Bu haqda İslam-Azeri.az İnternet qəzeti Türkiyə mediasına istinadən xəbər verir.

Türkiyə prezidenti paytaxt Varşavada rəsmi proqramı başlamadan öncə köhnə şəhəri gedib.

Abdulla Gül 1945-ci ildə almanlar tərəfindən tamamilə dağıdıldıqdan sonra əslinə uyğun olaraq yenidən inşa edilən Saray Meydanını gəzib.

Türkiyə prezidenti rəsmi proqram çərçivəsində də həmkarı Bronislav Komorovski, parlament sədri Qrzeqors Sçetnaya, baş nazir Donald Tusk və Senat rəhbəri Boqdan Boruseviçlə görüşəcək.

Keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr və əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!