![](/up/news/article/allame_fezlullah.png)
Əllamə, Cenevrədə keçirilən irqçilik əleyhinə konfransa işarə edərək bildirdi ki, Amerika və Avropa ölkələri İsrail rejiminin xeyrinə konfrasda iştirak etmədilər. “Çünki qorxurdular ki, bu konfransın yekun sənədlərində İsrail rejimi irqçi siyasətlərinə görə məhkum oluna”, – deyə əllamə bildirmişdir. O, həmçinin Avropa ölkələrinin nümayəndələrinin Əhmədinejadın çıxışı zamanı konfransı tərk etməsinə işarə edərək ərəb ölkələrinin nümayəndələri Əhmədinejadın sözlərini dəstəkləməli və bu önəmli addımı davam etməyə səy göstərmələrinin vacibliyini qeyd etmişdir. Əllamə Seyid Muhəmməd Hüseyn Fəzlullah, o cümlədən bəzi ərəb ölkələrini İrana qarşı apardığı təbliğata görə tənqid atəşinə tutdu. "Dəyərlər"