
Bu gün İmam Xomeyninin vəfatı günü münasibətilə İmam Xomeyninin məqbərəsində tədbir keçirilib
İslam-Azeri.az İnternet qəzetinin İran mediasına istinadən verdiyi  xəbərə görə, bu tədbirə başda İran İslam İnqilabının Ali Dini Lideri  Ayətullah Seyyid Əli Xamenei olmaqla bir çox dövlət rəsmiləri də gəlib.
 
 Tədbirdə çıxış edən Ayətullah Xamenei İmam Xomeyni haqqında danışıb.
 
 Söhbəti zamanı Ayətullah Xamenei deyib:  "İmam öz düzgün məntiqli  hesablamaları və müdrikliyi nəticəsində bu nəticəyə gəlmişdi ki, düşmən  qarşısında azacıq büdrəmək düşmənin irəliləməsinə səbəb olacaq".
 
 Ayətullah Xamenei inqilabçılıq adına siyasi ixtilaflar yaradılmasını  cəmiyyətin təhlükəsizliyini sarsıdacağını, bunun isə İmamın məktəbinə  görə yolundan sapmaq mənasını verdiyinini bildirib.
 
 İmperialistlərin qarşısında durduğuna görə İran xalqının hədəfə  alındığını önə çəkən  İran İslam İnqilabının Rəhbəri deyib: "İmamın  türbəsinin yanında və şəhidlərin pak ruhuna şəhadət verirəm ki, İran  milləti öz yolunu qorumuşdur və ən yaxşı rolu isə xalq ifa etməkdədir".
 
 Ayətullah Xamenei  İranın hər növ ABŞ əleyhdarı İslami və xalq  hərəkətinə dəstək verdiyini vurğulayaraq, Amerikanın və Sionistlərin  təhrikiylə başlanan hərəkatlara İranın dəstək vermədiyini önə çəkib.
 
 Yəmən, Liviya və Bəhreynin günahsız xalqının qələbəyə çatacaqlarını  bildirən İslam İnqilabı Rəhbəri xalqın təbii oyanışı və inqilabını heç  kim əngəlləyə bilməyəcəyini bildirib.
 
 Misir inqilabına da işarə edən Ayətullah Xamenei misirlilərin  qələbəsinin parlaq bir qələbə olduğunu önə çəkərək Misir xalqının Ərəb  və İslam dünyasında ucalan bir millət olaraq dəyərləndirib.