Azərbaycan və MDB » Cəbhədə vəziyyət gərginləşib

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə vəziyyətin yenidən gərginləşdiyini bəyan edib

Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 3-də saat 12:10-dan 12:30-dək və 16:00-dan 16:25-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Həmin gün saat 14:30-dan 14:35-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi; saat 17:40-dan 17:55-dək və 23:25-dən 23:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 20:00-dan 20:10-dək və iyunun 4-də saat 02:40-dan 02:50-dək Ağdam rayonunun Şirvanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 01:30-dan 01:40-dək, 01:56-dan 02:00-dək və 01:55-dən 02:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 01:30-dan 01:40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 02:00-dan 02:40-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!