Dünyada » Britaniya baş naziri yəhudilərdən üz çevirir
David Kamerun

Kamerun "Yəhudi Milli Fondu"ndakı üzvlüyünə son qoyub

Ölkə başçısının yəhudi fondundan ayrılması media tərəfindən "İsraillə münasibətlərin soyudulması" kimi şərh edilib. 313news.net-in "timeturk" saytına istinadlı xəbərinə görə, İsrailin "Haartz" qəzeti Kamerunun fonddan ayrılmasını "vaxt darlığı" ilə əlaqələndirib.

Adı gedən "Yəhudi Milli Fondu" hər il İsraildəki layihələr üçün 15 milyon ingilis funtu vəsait toplayır. Əslində isə bu pullar Fələstinin işğalına və torpaqların qəsb edilməsinə xərclənir.

David Kamerun bu fonda üzv olmaqla sələfləri Toni Bleyer və Qordon Braundan fərqli yol tutmuşdu.

Qeyd edək ki, İngiltərə İsrailin Fələstin siyasətini son zamanlar daha ciddi şəkildə tənqid edir. Baş nazir Kamerun keçən həftə ABŞ prezidenti Obama ilə birlikdə keçirdiyi mətbuat konfransında demişdi ki, İsrailin özünü müdafiə etməsinə hörmət edir. Lakin fələstinlilərin əziyyətlərini başa düşür: "Fələstinlilər bilməlidirlər ki, onların 1967-ci il sərhədlərində dövlətə sahib olmaq və yaşamaq haqlarını çox yaxşı başa düşürük".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!