İranın müdafiə naziri Səudiyyə Ərəbistanının ünvanına sərt ifadələr işlədib
İran İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi Bəhreyn hadisələri ilə bağlı məqamlara toxunub. 313news.net-in "Fars" xəbər agentliyinə istinadlı xəbərinə görə, Vahidi bildirib ki, hadisələrə diqqətlə baxdıqda kimin Bəhreynin daxili işlərinə qarışdığını açıq-aydın görmək olar.
Səudiyyə rəhbərliyinin İrana qarşı tənqidi bəyanatlarına münasibət bildirən nazir deyib ki, Səud rejimi ABŞ-ın kuklasıdır: "Səud rejimi kimi aciz və zəif olanlar biryana, çoxlarına "nəhəng" kimi görünən Birləşmiş Ştarlar da artıq İranı hədələyəcək vəziyyətdə deyil".