Dünyada » Rusiya prezidenti Müəmmər Qəzzafini hakimiyyətdən getməyə çağırıb

Rusiya prezidenti Dmitri Medvedev bəyan edib ki, Müəmmər Qəzzafi legitimliyini itirib və hakimiyyətdən getməlidir

APA-nın “İnterfax”a istinadən xəbərinə görə, prezident Qəzzafi ölkəsini tərk edərsə, Rusiyanın ona sığınacaq verməyəcəyini də vurğulayıb.

D.Medvedev Rusiyanın öz maraqlarını müdafiə edə biləcək bütöv, azad, suveren və fəal Liviyanın mövcudluğuna tərəfdar olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Liviya böhranının tənzimlənməsində vasitəçi olmağa razılıq verib: “Rusiyanın Afrika ürə xüsusi nümayəndəsi Mixail Marqelov dərhal Benqaziyə uçacaq, həm üsyançıların nümayəndələri, həm də Tripoli rəsmiləri ilə danışıqlar aparacaq”.

Qeyd edək ki, Rusiya Liviya üsyançılarının Milli Keçid Şurasının legitimliyini tanıyıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!