Dünyada » ABŞ dövlət katibi gözlənilmədən Pakistana gəlib

Hillari Klinton İslam Respublikasına səfər edib

ABŞ dövlət katibi Hillari Klinton öncədən planlaşdırılmamış şəkildə Pakistana səfər edib, - "Deyerler"  “BBC”yə istinadən xəbər verir.

İki ölkə arasında münasibətlər ABŞ xüsusi təyinatlıların rəsmi İslamabad ilə razılaşdırılmamış şəkildə Pakistan ərazisində hərbi əməliyyat həyata keçirməsi və “bir nömrəli terrorçu” Usama bin Ladeni öldürməsindən sonra pisləşib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Klinton Pakistan hakimiyyəti ilə bağlı bir sıra mühüm bəyanatlar səsləndirəcək, lakin onların təfərrüatları açıqlanmır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!