Dünyada » Qəzzafi rejimi iyunda devriləcək-NATO

Liviyanın xarici işlər naziri naməlum səbəblərdən ölkəni tərk edib

Tripolinin bombardman edilməsinin intensivləşməsi və NATO-nun həmləçi qoşunlarının Liviya sahillərinə çəkilməsi müharibənin tezliklə başa çatdırılması planının tərkib hissəsidir. Bunu NATO-nun nümayəndəsi Brüsseldə bəyan edib. “Hesab edirik ki, əməliyyatların tempini və sürətini artırmalıyıq. Rejim apatiyadadır. Onun həyat əlamətləri yoxdur. Son 15 gün ərzində Qəzzafi rejimi tənəzzül müdafiəsinə keçib. Rejim iyunda, ən geci iyulun əvvəllərində devriləcək”-ANS PRESS xəbər verir.

Liviyanın xarici işlər naziri Əbdülati Obeydinin ötən gün Tunis sərhədini keçməsi və Cerba adasına doğru hərəkət etməsi barədə məlumatlar da bombardmanın müəyyən dəyişikliklərə səbəb olmasının dolayısı ilə təsdiqidir. Naziri Liviyanın Liberiyadakı səfiri və bir sıra yüksək rütbəli məmurlar müşayiət edir. Missiyanın məqsədləri məlum deyil. Ərəb müşahidəçilər hesab edirlər ki, Liviyanın XİN rəhbəri sülh danışıqlarına başlamaq üçün Afrika dövlətlərinin hökumətləri və qiyamçıların rəhbərləri ilə təmasa keçmək niyyətindədir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!