Azərbaycan və MDB » Qarabağ müharibəsi Azərbaycan ərazisində olacaq-XİN

"Əgər rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağı azad etmək üçün hərbi əməliyyatlara başlamaq haqqında qərar qəbul etsə, Azərbaycan ordusu hərbi əməliyyatları öz ölkəsinin ərazisində həyata keçirəcək"

Bu barədə SalamNews-a Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Ermənistanın müdafiə naziri Seyran Ohanyanın sözlərinə şərh verərkən bəyan edib. Erməni nazir bəyan edib ki, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa ediləcəyi təqdirdə, Ermənistanın KTMT üzrə müttəfiqlərinin köməyinə arxayın olmağa haqqı var.

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu münaqişə tamamilə Azərbaycanın daxili işidir və əgər bizim ölkə torpaqların hərbi yolla azad edilməsinə qərar versə, bu Azərbaycanın Ermənistana hücumu kimi qiymətləndirilə bilməz”, - deyə Elxan Poluxov qeyd edib.

“Azərbaycan torpaqları işğal olunub. Buna görə də, bütün hərbi əməliyyatları Azərbaycan şəxsi ərazisində aparacaq”, - deyə o qeyd edib.

Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı Qazaxıstan və Belarusda ən yüksək səviyyədə Azərbaycanın mövqeyini tam dəstəkləyən bəyanatlar səsləndirilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!