Dünyada » NATO Qəzzafinin iqamətgahına əməliyyatlar ərzində ən böyük zərbə endirib

NATO hərbi qüvvələrinin bir neçə güclü aviasiya zərbəsi Liviyanın Tripoli şəhərini silkələyib

Bab əl-Aziz rayonunda Liviyanın diktator rəhbəri Muammar Qəzzafinin iqamətgahı yerləşdiyi ərazidən görə qara tüstü qalxıb. Bu barədə şahidlərin sözlərinə istinadən yerli mənbələr məlumat yayıb, - "Deyerler"  “MigNyus”a istinadən xəbər verir.

Bombardman yarım saat ərzində davam etdirilib. Bu, NATO-nun Liviyada apardığı əməliyyatların ən güclüsü olub. Bombardmanda ara ilə 15 qırıcı təyyarə iştirak edib. “Əl-Arabiya” telekanalının məlumatına görə, bombardman nəticəsində ən azı 3 dinc sakin həlak olub, 150-dən çox insan isə yaralanıb. Hazırda Qəzzafinin vəziyyəti barədə məlumat bildirilmir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!