Bu barədə ABŞ dövlət katibi Hillari Klinton məlumat verib
Klinton qeyd edib ki, yeniliklər iranlı tələbələr və ABŞ-a mübadilə proqramları ilə dəvət olunan şəxslərə aid ediləcək.
«Əvvəllər belə şəxslərə 3 ay ərzində qüvvədə olan bir dəfəlik ABŞ giriş vizaları verilirdi. İndi isə bu şəxslər iki illik çox dəfəlik vizalar alacaqlar», deyə dövlət katibi bildirib.
Bu sənədlərə malik olan şəxslər ABŞ sərhədini iki il ərzində dəfələrlə keçə biləcəklər. Əvvəlki viza il sərhədi 3 ay ərzində bir dəfə keçmək mümkün idi. /APA/