Dünyada » Obamadan Netanyahuya zərbə

Barak Obama 1967-ci ildən öncəki sərhədlərdə Fələstin dövlətinə ən açıq dəstək verən ABŞ prezidenti oldu

İsrailin baş naziri Binyami Netanyaho, ABŞ prezidenti Barak Obamanın müstəqil Fələstin dövləti və onun sərhədləri barədə bəyanatından qəzəblənib, - “BBC” xəbər verir.

Dövlət Departamentində çıxış edən Obama bildirib ki, qarşılıqlı anlaşma nəticəsində müstəqil Fələstin dövləti yarana bilər və İsrailin təhlükəsizliyi də təmin olar. Obama 1967-ci ilə qədər müəyyən edilmiş sərhədlər çərçivəsində Fələstinin yaradılmasını irəli sürüb.

Bundan hiddətlənən İsrail hökumətinin rəhbəri bildirib ki, 1967-ci ilə qədər mövcud olan sərhədlər çərçivəsində Fələstin dövlətinin yaradılması qəbuledilməzdir. Netanyaho iddia edib ki, hal-hazırda 1967-ci ildən sonra işğal edilmiş ərazilərdə 300-mindən çox israilli yerləşdirilib. Halbuki, beynəlxalq ictimaiyyət yəhudilərin bu ərazilərə gəlməsini və fələstinlilərin ərazilərində yaşayış yerləri inşa etməsini qeyri-qanuni olaraq tanıyır.

Baş nazir eyni zamanda ABŞ-a İsrail rejimi qarşısında öhdəliklərini də xatırladıb. Netanyaho bildirib ki, ABŞ-ın 2004-cü ildə qəbul etdiyi qətnaməyə görə, Amerika İsraildən 1967-ci ildən öncəki sərhədlərə qayıtmasını tələb edə bilməz.

Qeyd edək ki, Barak Obama müsəlman dünyasına müraciəti zamanı Yaxın Şərq probleminə toxunub və bildirib ki, 1967-ci ilə qədər olan sərhədlər çərçivəsində müstəqil Fələstin dövləti yaradılmalıdır. /deyerler/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!