
ABŞ hakimiyyəti Suriya prezidenti Bəşər Əsəd və daha altı yüksək rütbəli hakimiyyət nümayəndəsinə qarşı birtərəfli sanskiya tətbiq etmək barədə qərar qəbul edib
Onların əgər ABŞ-da səhmləri aşkarlanarsa, onlar dondurulacaq. Lakin  Suriya rəhbərliyinin ABŞ-da hər hansı hesabının və ya səhminin  olub-olmaması məlum deyil, - "Deyerler" “Lenta”ya istinadən xəbər verir.
Beləliklə, ABŞ  Suriya hakimiyyətini ölkədə narazı kütlələrin etiraz aksiyalarına mane  olmaqda ittiham edərək, bu ölkə rəhbərliyini cəzalandırmaq qərarına  gəlib.
Suriya prezidentindən başqa, sanksiya tətbiq edilən şəxslər  arasında Suriya vitse-prezidenti Faruk əl-Şaraa, baş nazir Adel Safar,  Daxili işlər naziri Muhəmməd İbrahim əl-Şaar, müdafiə naziri Əli Habib  də var.