
Binyamin Netanyahu bu məlumata şərh verməkdən imtina edib
İsrail, Fələstində milli birlik hökumətinin qurulması üçün HƏMAS  və FƏTH təşkilatları arasında birliyə nail olunmasından sonra,  Fələstindən gələn vergiləri bir müddət özündə saxlasa da, beynəlxalq  təzyiqlərdən sonra fələstinlilərə qaytarmağa məcbur oldu, - “MigNyus”  xəbər verir.
İsralin baş naziri  Binyamin Netanyahu bu məlumata şərh verməkdən imtina edib. Fələstin  mənbələrinin məlumatına görə, ABŞ-ın dövlət katibi Hillari Klinton bu  barədə FƏTH rəhbərliyini məlumatlandırıb.
Eyni zamanda İsrail maliyyə naziri Yuval Ştayniç bildirib ki, onlar  pulların Fələstinə verilməsini hələ nəzərdən keçirirlər.