Orta şərq » Mahmud Əhmədinejad 3 naziri istefaya göndərib
Mahmud Əhmədinejad

Yeni namizədlərin adları isə hələlik açıqlanmayıb

İran prezidenti Mahmud Əhmədinejad neft naziri Məsud Mirkazımi, rifah və sosial təminat naziri Sadeq Mahsuli, sənaye naziri Əli Əkbər Mehrabianı istefaya göndərib. Mahmud Əhmədinejad həmin postlara namizədlərin adlarını hələlik açıqlamayıb. Namizədlərin müəyyənləşməsindən sonra onları İran parlamenti təsdiqləməlidir-ANS PRESS xəbər verir.

Ekspertlər hesab edirlər ki, istefalar hökumətin nazir postlarının sayının azaldılmasını nəzərdə tutan tədbirlər çərçivəsində həyata keçirilir. Bu çərçivədə neft və energetika qurumlarının, həmçinin rifah və sosial təminat nazirliyi ilə əmək və sosial məsələlər nazirliyinin birləşdirələcəyi ehtimal olunur.

Xatırladaq ki, İran prezidenti administrasiyasında və hökumətdə islahatlara 2010-cu ilin sonlarında başlayıb. Bu ilin əvvəlində isə Mahmud Əhmədinejad artıq 14 müşavirini işindən azad etmişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!