Yaxın şərq » İran prezidenti Türkiyəyə gəlib

Səfərin məqsədi BMT konfransında iştirak etməkdir

İran prezidenti Mahmud Əhmədinegad dünyanın ən az inkişaf etmiş ölkələri ilə bağlı 4-cü BMT konfransında iştirak etmək üçün Türkiyəyə gəlib. Bir günlük səfər çərçivəsində Mahmud Əhmədinejadın bir sıra Türkiyə rəsmiləri, eləcə də tədbirdə iştirak edən digər ölkələrin nümayəndələri ilə ayrı-ayrı görüşləri planlaşdırılıb. İran prezidentini səfərdə bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi, prezidentin müşaviri və prezident idarəsinin başçısı da müşayiət edir-ANS PRESS xəbər verir.

Türkiyədə ən az inkişaf etmiş 48 ölkənin, donor ölkələrin və təşkilatların liderlərinin, eləcə də BMT baş katibi Ban ki Mun və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun iştirakı ilə mayın 13-dək davam edəcək BMT konfransında dünyanın ən zəif inkişaf etmiş ölkələri üçün yeni 10 illik inkişaf planının müzakirəsi nəzərdə tutulub.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!