![](/up/news/article/lider/thumb_binyahim-netanyahu.jpg)
İsrail baş naziri İranın ali dini liderini böyük təhlükə hesab edir
İsrailin baş naziri Benyamin Netanyahu "CNN" kanalına verdiyi açıqlamada belə deyib. 313news.net-in ABNA-ya istinadən verdiyi xəbərə görə, Netanyahu deyib: "Usamə Bin Ladenin ölümündən sonra dünyanı hədələyən ən böyük təhlükə İranın ali dini lideri Ayətullah Xameneyidir".
Baş nazir İranın nüvə silahı əldə etməsini böyük təhlükə adlandırıb. O qeyd edib ki, İslam Respublikası nüvə silahı əldə etsə, tarixi dəyişdirəcək.
Netanyahu həmçinin dini liderin prezident Əhmədinejaddan daha təhlükəli olduğunu bildirib: "Yaxın şərqin və bütün dünyanın gələcəyi təhlükə altındadır!".