
Suriya hakimiyyəti iğtişaşlarda iştiraka görə həbs olunmuş 361 nümayişçini azad edib
APA- nın məlumatına görə, bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.
Məlumatda  qeyd olunur ki, həbs olunmuş 361 şəxs bir daha dövlətə və onun  vətəndaşlarına zərər verə biləcək hərəkətlər etməyəcəklərinə söz  verdikdən sonra azad olunublar.