Dünyada » NATO-dan Qəzzafinin atəşkəs təklifinə rədd

NATO Liviya lideri Müəmmər Qəzzafinin atəşkəs barədə verdiyi təklifə rədd cavabı verib

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə adının gizli saxlanmasını istəyən NATO təmsilçisi məlumat verib. NATO nümayəndəsi deyib ki, atəşkəs təklifindən əvvəl dinc sakinlərə qarşı açılan atəşlər dayandırılmalıdır: “NATO sözü deyil, görülən işi görmək istəyir”.
Təmsilçi Liviya liderinin tabeliyində olan qüvvələrin Qəddafinin atəşkəs barədə təklifindən bir qədər əvvəl Misrata limanına top atəşləri yağdırdığını, çoxlu sayda insanın öldürüldüyünü deyib: “Bütün bunlara son qoyulmalıdır”.

Qeyd edək ki, Liviya lideri bu gün televiziya kanalı vasitəsi ilə “Sülhə açılan qapı açıqdır” deyib və NATO qüvvələrini atəşkəslə bağlı müzakirələrə çağırıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!