Suriyada hüquq-mühafizə oqranlarının əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmaların qurbanlarının sayı 500 nəfərə çatıb
Bu barədə “Reuters” agentliyi Suriyanın “Sawasiah” hüquq-mühafizə təşkilatına istinadən xəbər verib.
SalamNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 453 nəfərin həlak olduğu bildirilmişdi.
Təşkilatın məlumatına görə, toqquşmalar zamanı minlərlə suriyalı həbs edilib, bir çoxları itkin düşüb.
Məlumatda deyilir ki, “Biz sivil ölkələrin hökumətlərini Suriyada qan tökülməsinin qarşısını almaq üçün əllərindən gələni əsirgəməməyə çağırırıq. Həlak olanlar siyahısında ən azı 500 nəfərin adı var”.
Xatırladaq ki, martın ortalarında Suriyada divarlarda hökumət əleyhinə şüarlar yazan bir qrup məktəbli həbs ediləndən sonra xalq etirazları başlayıb. İnsanlar küçələrə çıxıb onların azad olunmasını tələb ediblər. Çox keçmədən narazılıqlar ölkənin digər bölgələrinə, xüsusən də Latakiya, Baniyas, Xoms və Xama şəhərlərinə keçib.