Dünyada » Vladimir Putindən Müəmmar Qəzzafiyə dəstək

Rusiyanın baş naziri Vladimir Putin Liviya lideri Müəmmar Qəzzafiyə dəstək verib

Milli.Az xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, Kopenhagenə səfəri zamanı Liviyada baş verənlərə münasibət bildirən Putin dünyanın heç bir ölkəsinin Qəzzafini öldürməyə haqqı olmadığını bildirib.
«Əvvəl deyirdilər ki, Qəzzafini öldürmək istəmirik. İndi bəzi rəsmilər onun fiziki məhvindən danışır. Onlara bu ixtiyarı kim verib? Məhkəmə olub? Kimliyindən asılı olmayaraq, insanı öldürmək haqqını kim öz üzərinə götürüb?», - deyə baş nazir sual edib.

Putin hesab edir ki, hazırda Liviyada əməliyyat aparan qüvvələrin əsas məqsədi əslində bu ölkənin təbii sərvətlərinin ələ keçirilməsi ola bilər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!