Dünyada » Edvard Nalbandyan Ermənistanın İsraildəki səfiridir!

Rəsmi məlumatlarda belə deyilir

Ermənistanda nəşr olunan “Qraparak” qəzeti bu ölkənin Xarici İşlər Nazirliyində aydınlaşdırmağa çalışıb ki, Ermənistanın İsraildəki səfiri kimdir. Nə qədər qəribə olsa da, məlum olub ki, bu vəzifəni Edvard Nalbandyan daşıyır. Milli.Az xəbər portalının Tert.am-a istinadən verdiyi məlumata görə, hazırda xarici işlər naziri işləyən Edvard Nalbandyan vaxtilə Ermənistanın Fransa və İsraildəki səfiri olub. Onun səfir kimi iqamətgahı Parisdə yerləşib. Edvard Nalbandyan səfir olduğu uzun illər ərzində İsraildə cəmi bir-iki dəfə olub.

Edvard Nalbandyan Ermənistanın xarici siyasət idarəsinin rəhbəri təyin olunanda Fransadakı səfir vəzifəsindən geri çağırılıb, İsraildəki səfir vəzifəsi isə “yaddan çıxıb”. Bu səbəbdən də Ermənistan XİN-in bütün sənədlərində Edvard Nalbandyan hələ də İsraildəki səfir vəzifəsini daşıyır...

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!