Yaxın şərq » Suriya əsgərləri qaçır

Əsgərlər rejimin xalqa silah tuşlamaq göstərişindən boyun qaçırır

Suriyada rejimə qarşı xalq etirazları davam edir. Diktatura rejiminə etiraz edən xalq geri çəkilmir. Orduda isə parçalanma başlayıb.Belə ki, etiraz mitinqlərini yatırmaq üçün Bənyaz şəhərinə göndərilən taburda 15 hərbçi fərar edib. Onların xalqa qarşı güc işlətməkdən imtina etdikləri bildirilir. Bəzi müxalifətçi mənbələrə əsasən, əsgərlərin yeri hələ də bilinmir-"timeturk" xəbər verir.

Bənyaz şəhərində həftə sonu keçirilən etirazlarda şiddətli qarşıdurmalar baş verib. 13 etirazçı həlak olub, şəhərdə küçəyə çıxmaq qadağan edidlib. Bu günkü etirazlarda onlarla insanın yaralandığı, ən azı 22 nəfərin həbs edildiyi bildirilir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!