Dünyada » Avstriyalı İslam düşməni tutuldu

Onun silahdaşları da həbs olunublar

Milli.Az xəbər portalı "Oesterreichische Rundfunk"a istinadən bildirir ki, məşhur avstriyalı ultrasağçı ekstremist və neonasist Qottfrid Küssel Vyanada həbs olunub.
O, 2 il əvvəl internetdə peyda olmuş "alpen-donau.info" neonasist saytının fəaliyyətində aktiv iştirak etməkdə suçlanır.

Sayt ABŞ-dakı serverdə yerləşdiyindən Avstriyanın hakimiyyət dairələri onu yalnız bu ilin martında qapada biliblər.

Neonasistliyi ilə yanaşı, İslama qarşı düşmənçiliyi ilə tanınan Kyussell və onun əlaltısını həbs etməklə yanaşı, Vyananın hüquq-mühafizə orqanları şəhərdə daha 6 mənzildə axtarış aparıblar. Müstəntiqlər sənədlər, kompüterlərin yaddaş ditskləri, silah və nasist atributikasını müsadirə ediblər.
Qottfrid Kyussel Avropadakı neonasistlər arasında populyar fiqurdur.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!