Dünyada » Qəzzafi qiyamçılarla danışıqlara razılıq verdi
Müəmmər Qəzzafi

Liviya lideri Müəmmar Qəzzafi Afrika Birliyi tərəfindən təqdim olunan barışıq planını qəbul edib

Milli.Az xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, bunu Qəzzafi ilə danışıqlardan sonra CAR prezidenti Ceykob Zuma bəyan edib. O, barışıq planının nədən ibarət olduğunu açıqlamayıb. Müzakirələrdən xəbərdar olan mənbə isə görüşdə Qəzzafinin istefası ilə bağlı da diskussiyanın aparıldığını bildirir.
Qeyd edək ki, Qəzzafi ilə görüşdə Zuma ilə yanaşı, Mavritaniya, Mali, Konqonun dövlət başçıları, həmçinin Uqandanın baş naziri iştirak edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!