Yaxın şərq » İsrail ordusu Qəzzanı atəşə tutub

Nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

İsrail ordusunun Qəzza sektorunu atəşə tutması nəticəsində 1 fələstinli ölüb, 9-u isə xəsarət alıb. Məlumata görə, Qəzza şəhərinin Əş-Şüdciyə məhəlləsi, Rəfah yaxınlığındakı hava limanı və Xan Yunis şəhəri İsrail ordusunun artilleriya və aviasiya zərbələrinə məruz qalıb-ANS PRESS "Assoşetid press" agentliyinə istinadən xəbər verir.

Əş-Şüdciyədəki hədəf Qəzza sektoruna nəzarət edən HƏMAS təşkilatının güc strukturlarının bazaları olub. Burada Qəzza sektorunun 50 yaşlı sakini ölüb, aralarında uşaq olan daha 5 nəfər xəsarət alıb. Belə ki, Qəzzadan atılmış mərmi sərhədyanı Səad qəsəbəsində məktəb avtobusuna tuş gəlib. Nəticədə 3 israilli xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir. Bunun ardınca İsrail müdafiə naziri Ehud Barak baş verənlərlə bağlı məsuliyyəti HƏMAS-ın üzərinə qoyaraq bütün mümkün vasitələrlə qarşı tərəfin hücumuna cavab vermək barədə göstəriş verib

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!