Orta şərq » Sərkisyan Novruzu qeyd etməyə İrana gedir

Ermənistan prezidenti Tehrana gedəcək

Martın 26-27-də Tehranda İranın qonşusu olan və Novruz bayramını qeyd edən bir neçə ölkənin prezidentinin iştirakı ilə təntənəli bayram şənliyi keçiriləcək. "Fars" xəbər agentliyinin məlumatına görə şənlikdə Tacikistan, Əfqanıstan, İraq, Türkmənistan və Ermənistan prezidentləri iştirak edəcək. Tədbirdə ölkənin ali dini lideri Ayətullah Xameneyinin və prezidenti Mahmud Əhmədnejadın çıxış edəcəyi də bildirilir.

Azərbaycan prezidenti isə tədbirdə iştirak etməyəcək. Azərbaycanı baş nazirin müavini Elçin Cəfərov təmsil edəcək.

Maraqlı məqam isə Ermənistanın bu tədbirə dəvət olunmasıdır. Çünki tədbir Novruz tədbiridir və Novruzu qeyd etməyən işğalçı Ermənistanın prezidentinin tədbirə dəvət alması qəribədir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!