Dünyada » ABŞ təyyarələri Liviyaya yeni zərbələr endirib

Türkiyə isə Liviyaya qarşı hərbi müdaxilənin dayandırılmasına çağırıb

Amerika Birləşmiş Ştatların B-2 təyyarələri Liviyanın nəhəng aviabazasına zərbələr endirib. Hərbi aerodromun dağıdıldığı bildirilir. 40-dək bomba atıldığı bildirilir. Pentaqon nümayəndələri isə hələlik şərh verməyiblər: "ANS PRESS" BBC-yə istinadən xəbər verir.

Kanada, Danimarka və İspaniydan isə yeni təyyarələr Aralıq dənizindəki aviabazalara gəlir.

Fransanın xarici işlər naziri Alen Jüpe bildirib ki, Liviya lideri Müəmmar Qəddafi dinc əhaliyə qarşı hücumları dayandırana, qüvvələrini əvvəlcə müxalifətin nəzarəti altında olan ərazilərdən çıxarana və vətəndaşlara öz mövqelərini ifadə etməyə icazə verənədək reydlər davam etdiriləcək.

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan isə Ciddə İqtisadi Forumunda çıxışı zamanı Liviya ilə bağlı münasibət açıqlayıb. O,bildirib ki, Liviyada qan və göz yaşları tökülərkən əli-qolu bağlı oturub seyr edə bilməzlər. Rəcəb Təyyib Ərdoğan Liviyaya qarşı beynəlxalq hərbi müdaxilənin tez bir zamanda dayandırılmasına da çağırıb. O, regionda sülh və sabitlik naminə bütün tərəfləri dialoqa səsləyib. 'Bizim bu bölgədə həmrəylik, əməkdaşlıq, dostluqdan başqa bir niyyətimiz yoxdur və olmayacaq'-sitatın sonu.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!