Yaxın şərq » Yəməndə polis nümayişçilərə divan tutdu

Polisin nümayişçilərə hücumu nəticəsində 5 adam həlak olub

Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Sənaa şəhərində on minlərlə yəmənli kostitusiyada islahatlar tələbi ilə aksiya keçirib. Polisin nümayişçilərə hücumu nəticəsində 4 adam öldürülüb, yüzlərlə insan yaralanıb. Şahidlər polisin aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etdiyini deyir.

Mukalla şəhərində polisin nümayişçiləri atəşə tutması nəticəsində bir yeniyetmə oğlan ölüb. Dünən on minlərlə insan prezident Əli Abdulla Salehin istefasını tələb edib. Saleh 1978-ci ildən hakimiyyətdədir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!