Dünyada » İran Misirə 200 min dollar ödəyib-Hillari Klinton
Hillari Klinton

"Misirin İran hərbi gəmilərinin Aralıq dənizinə hərəkət etməsinə icazə verməsini yalnız maliyyə nöqteyi-nəzərindən başa düşmək olar"

Misirin iki İran hərbi gəmisinə Süveyş kanalından keçməklə Aralıq dənizinə hərəkət etməsinə icazə verməsini yalnız maliyyə nöqteyi-nəzərindən başa düşmək olar. "ANS PRESS"in "Euronews"a istinadlı xəbərinə görə belə bir fərziyyə ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının dinləmələrində dövlət katibi Hillari Klinton çıxış edib. Onun sözlərinə görə Süveyş kanalını keçən hər bir gəmi Qahirədəki hökumətə külli-miqdarda pul ödəyir. Klintonun fikriycən iki İran hərbi gəmisinin keçidi Misir xəzinəsinə 200 min dollar gəlir gətirib.

Xatırladaq ki, “Əlvənd” və “Hark” gəmiləri 1979-cu il İran İslam İnqilabından sonra Süveyş kanalını keçən ilk gəmilər olub. İranda İslam inqilabından, eləcə də Misir–İsrail sülh sazişindən sonra Qahirə və Tehran arasında münasibətlər ciddi şəkildə korlanmışdı.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!