Dünyada » ABŞ Səudiyyə Ərəbistanında nümayişlərə dəstək verdi

Vaşinqton hesab edir ki, Səudiyyə Ərəbistanı sakinlərinin dinc etiraz aksiyası keçirmək hüququ var

Milli.Az xəbər portalının “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Filip Krouli bildirib. O, ölkəsinin universal insan haqlarını dəstəklədiyini, buraya sərbəst toplaşmaq və söz azadlığının da daxil olduğunu söyləyib.

Qeyd edək ki, Kroulinin açıqlamasından bir qədər əvvəl Səudiyyə Ərəbistanının daxili işlər naziri krallıq qanunlarına görə, ölkədə nümayişlər keçirilməsinin qadağan olduğunu xatırladıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!