Dünyada » Britaniya ordusu biyabır oldu

İngilis komandirləri liviyalılara əsir düşdü; Səfirin yalvarışları telefon yazısı ilə yayıldı

Liviya televiziyasının dünən yaydığı telefon yazısı Böyük Britaniyanı çətin vəziyyətə salıb. "Rasthaber"in TRT-yə istinadlı xəbərinə görə, səs yazısında Britaniyanın Tripolidəki səfiri Riçar Nozern 6 hava qüvvələri komandanının və 2 milli təhlükəsizlik əməkdaşının əsirlikdən azad olunması üçün üsyançı rəhbərlərdən birinə "yalvarır".

Liviyadakı qarşıdurmalar səbəbilə Londonda olan Nozern üsyan rəhbərinə əsir düşən ingilislərin əslində qalmağa mehmanxana axtardıqlarını deyir. Rəhbər isə öznövbəsində əsir düşən ingilislərin helikopterlə gəlməklə böyük səhv etdiklərini qeyd edir.

Məlumata görə, 1 qrup ingilis üsyançılarla təmasa keçmək üçün gizli əməliyyat keçirirmiş. Amma cümə axşamı günü Benqazi şəhərində əsir düşüblər. Daha sonra danışıqlar vasitəsilə azad olunublar. Üsyançılar isə Liviyaya gizli girməyə çalışanlarla danışaqlara getməyəcəklərini, normal diplomatik əlaqələrə isə hazır olduqlarını bildiriblər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!