
Bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət olunacaq.
Azərbaycan  İslam Partiyası Qarabağ probleminin həll edilməsi, ölkədə hökm sürən  İslamafobiyanın aradan qaldırılması tələbi ilə və eyni zamanda  AİP  sədri Mövsüm Səmədovla birgə digər  ruhanilərin qanunsuz həbsinə etiraz  olaraq mitinq keçirməyi planlaşdırır. Bu barədə Faktxeber.com-a  AİP Mətbuat Xidmətindən məlumat daxil olub.  Azərbaycan İslam  Partiyasının Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir ki,  kütləvi tədbirin keçirilmə vaxtı və yeri, Bakı Şəhər İcra Hakimiyyətinə  mitinqlə bağlı müraciətin cavabından sonra müəyyən olunacaq. 
 Qeyd edək ki, mövzu ilə bağlı Azərbaycan İslam Partiyasının sədri Elçin  Manafovun da fikrini öyrəndik və yeni sədr məlumatı təsdiqlədi. “Bəli  İslam Partiyası mitinq keçirməyi qərar alıb. Bununla bağlı ciddi  hazırlıq işləri gedir. İndidən deyə bilərəm ki, mitinqdə 10 min insanın  iştirakı gözlənilir. Çox güman ki, keçiriləcək mitinq geniş miqyaslı  olacaq və konkret tələb və şüarlar səsləndiriləcək”-deyə AİP sədri Elçin  Manafov əlavə edib.