Yaxın şərq » Ayətullah Sistani İraq hökumətinə müraciət etdi

Ölkədə siyasətçilərə verilən imtiyazların ləğv olunmasını istəyən iraqlı alim, mövcud iqtidarı çox xərc aparan, lazımsız idarə və nazirlikləri ləğv etməyə çağırıb

İraqın nüfuzlu din alimi Ayətullah Əli Hüseyn Sistani, mövcud hakimiyyətə müraciət ünvanlayıb. Ölkədə siyasətçilərə verilən imtiyazların ləğv olunmasını istəyən iraqlı alim, mövcud iqtidarı çox xərc aparan, lazımsız idarə və nazirlikləri ləğv etməyə çağırıb.

Qeyd edək ki, nüfuzlu mərcei-təqlidin Nəcəf şəhərindəki bürosundan verilən məlumatda, "Hər şeydən əvvəl keçmiş və yeni millət vəkillərinə, üst səviyyə səlahiyyətlilərinə verilən və qəbul edilə bilməz imtiyazların ləğv edilməsini istəyirəm"-deyə Ayətullah Sistanin müraciət etdiyi bildirilib. İraqlı alim həmçinin yerli parlament və hökuməti, xalqa elektrik enerjisi və qidaların verilməsi mövzusunda aktiv olmağa çağırıb və əhalinin sosial rifahının yaxşılaşıdırlması üçün yeni iş yerlərinin açılmasını istəyib.

Xatırladaq ki, İraqda hər hansı bir millət vəkili və ya nazirin aylıq maaşı təxminən 11 min ABŞ dolları təşkil edir. Ölkədə baş nazir, parlament spikeri və dövlət başçısının maaşı isə 30 min dollardır./haqyolu/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!