Orta şərq » İranda ixtişaşlar: 1 ölü, 4 yaralı

Dünən İranda aksiya olub

İslam-Azeri.az İnternet qəzetinin İran saytlarına istinadən verdiyi xəbərə görə, dünən yüzlərlə etirazçı aksiya daha sonra ixtişaşlar ediblər.

İki min nəfərə yaxın etirazçı "Azadi" meydanına yerisə də, xalq etirazçıların qarşısına çıxıb.

İki tərəf arasında toqquşma baş verib.

Hadisələrdə ixtişaş yaradanların olması barədə xəbərlər yayılıb.

Youtube-də yayılan videolardan da ixtişaşların yaradılması barədə kadrlar mövcuddur.

"Lakin artıq ixtişaşlar yatırılıb. Etirazçılar həbs edilib" - polis rəsmisi mətbuata açıqlamasında deyib.

Məlumatda bildirilir ki, Tehranın bəsiciləri də etirazların əleyhinə aksiyaların yatırılması üçün ayağa qalxıblar.

Presstv-nin məlumatına görə Tehranda çox da böyük olmayan kütlə dükanlara, zibil qablarına od vurub. Ölkədə asayişi pozanların artıq həbs edildiyi önə çəkilir. Qeyd edək ki, ABŞ dəfələrlə etiraf edib ki, İrandakı etirazçılara maliyyə yardımı ayırır.

AFP xəbər verir ki, ABŞ Dövlət departamenti də İrandakı etirazları alqışlayıb.

İxtişaş zamanı ixtişaşçılar tərəfindən atəş açılıb və bir nəfər həyatını itirib.

"Fars" İnformasiya agentliyi xəbəri belə yayımlayıb: "Münafiqlərin fitnəsi zamanı bir həmvətənimiz şəhid edilib, bir neçə nəfər isə xəstəxanada müalicə alır".

"Mehr" İnformasiya agentliyi 1 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını önə çəkib.

"Tabnak.ir"(Əhmədinejadla müxalif sayt) də münafiq kəlməsindən istifadə edib və dünən baş verən hadisələri fitnə adlandırıb. Bu sayt yazır ki, Tehranda vəziyyət stabilləşib. Həmçinin fitnə leyhinə dünən askiya keçirilib. Aksiyada BBC-nin yalanları da şüar şəklində pislənilib.
Həmçinin Youtube-də yayılan videoların bəzilərinin 2011-ci ilə aid olmadığı aşkarlanıb. "Tabnak.ir" bu faktları saytında təqdim edib.

Müxalifətə yaxın "parlemannews.ir" etirazları görməyib.

Müxalifətə aid olan saytlar yazıb ki, etirazçıların sayı 10 min nəfərdən çox olub və Mir-Huseyn Musavinin evi polis tərəfindən mühasirəyə alınıb. Kərrubi də eyni vəziyyətdə olduğu bildirilir. Həmçinin müxalifət saytları etirazların Əhmədinejada qarşı olduğunu qeyd edib.

ABŞ və İsrail tərəfindən maliyyələşdirilən bloqlarda isə etirazçıların sayının 350 min olduğu qeyd edilib, lakin bunu sübut edən nə foto, nədə ki, video sayt tərəfindən təqdim edilməlib. Həmçinin bu bloqda etirazçıların İranın Ali Dini Lideri Ayətullah Xamenei əleyhinə şüarlar səsləndirməsini önə çəkib. Bloqa görə onlar Ayətullah Xameneinin istefasını səsləndiriblər.

İran İslam Respublikasının Daxili İşlər Nazirliyi isə açıqlamasında bildirib ki, etirazlar əslində Əhmədinejad əleyhinə deyil, İslam əleyhinə olub.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!