Yaxın şərq » Mübarək istefa verdi

Ölkəyə nəzarət ordu komandanlığına keçib

Nəhayət xalqın tələbinə boyun əymək məcburiyyətində qalan Misir prezidenti Hüsnü Mübarək istefa verib. ANS PRESS-in BBC-yə istinadən yaydığı məlumata görə, bu barədə Misirin vitse-prezidenti Ömər Suleyman açıqlama verib. Onun sözlərinə görə, ölkəyə nəzarəti Misir Silahlı Qüvvələri üzərinə götürüb.

Xatırladaq ki, bir neçə saat öncə Misir prezidenti Hüsnü Mübarəkin Qahirəni tərk etdiyi barədə xəbər yayılmışdı. "Əl-Ərəbiyə" telekanalı iddia etmişdi ki, prezident ailəsi ilə birlikdə paytaxtdan gedib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!