Orta şərq » Azərbaycanın Təbriz konsulluğu önündə etiraz

Azərbaycanın Təbrizdəki konsulluğunun binası qarşısında etiraz aksiyası keçirilib

APA-nın İranın İSNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, aksiya Azərbaycanda hicablı şagirdlərin orta məktəblərə buraxılmamasına etiraz olaraq təşkil olunub. Aksiya iştirakçıları əllərində Azərbaycanda həbs edilmiş İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov və digərlərinin şəkillərini, eləcə də “Hicaba azadlıq”, “Həbs edilənlərə azadlıq” kimi plakatlar tutub, müxtəlif şüarlar səsləndiriblər.

Sonda qətnamə oxunub və qətnamənin bir nüsxəsi konsulluğa verilib.

Aksiya sakit şəraitdə keçib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!