Orta şərq » İran müxalifəti mitinq üçün icazə istəyib

İranda müxalifət liderləri mitinq keçirmək üçün Daxili İşlər Nazirliyindən icazə istəyib

313news.net "timetürk"ə istinadən xəbər verir ki, Mirhüseyn Musəvi və Mehdi Kərrubi DİN-ə göndərdikləri tələbdə, konstitusiyanın 27-ci maddəsində "Sərbəst toplaşma azadlığı" haqqında qanuna görə, bölgədəki  xalq hərəkatları və xüsusilə Misir və Tunisdə xalqın diktator idarəçiliyinə qarşı müstəqillik qiyamlarına dəstək məqsədilə 27 fevral tarixində mitinq keçirmək istədikləri deyilir. İran müxalifəti 2009-cu il seçkilərindən sonra dəfələrlə etiraz aksiyası üçün icazə istəsə də rədd cavabı alıb. Bu dəfəki tələbin də rədd ediləcəyi gözlənilir.

Qeyd edək ki, müxalifətin mitinq üçün icazə istədiyi vaxtda Türkiyə prezidenti Abdullah Gülün İrana səfəri gözlənilir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!