Yaxın şərq » Rəcəb Tayyib Ərdoğan Bəşər Əsad ilə görüşüb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya-Türkiyə Dostluq Barajının təməlatma törənindən sonra qonşu ölkənin prezidenti Bəşər Əsadla bir araya gəlib

"Deyerler"in məlumatına görə, görüşlə bağlı verilən açıqlamada iki liderin əməkdaşlığın davamının və regional problemlərlə bağlı yüksək səviyyəli və şəffaf dialoqun əhəmiyyətini vurğuladığı bildirilib.

İqtisadi əməkdaşlığın gücləndirilməsinin Türkiyə və Suriya xalqları ilə yanaşı bölgə xalqlarının sabitliyi və təhlükəsizliyi üçün önəmli olduğu vurğulanıb.

Ərdoğan və Əsad Misir xalqının tələb və gözləntilərinin qarşılanması və yeni acıların qarşısının alınması üçün birgə səy göstərmək qərarına gəlib. İki lider Livanın da təhlükəsizliyə, sabitliyə və rifaha qovuşması üçün mümkün olan hər cür səyi göstərəcəklərini vurğulayıb. (trtazerbaycan.com)

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!