Yaxın şərq » Misir iğtişaşlarında ölənlərin sayı 150 nəfəri keçib

Misirdə baş verən kütləvi iğtişaşlarda ölənlərin sayı 150, xəsarət alanların sayı 4000 nəfərə çatıb

Trend-in məlumatına görə, bu barədə bazar günü "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Kütləvi etiraz aksiyaları Misirin Qahirə və digər şəhərlərində davam etdirilir. On minlərlə insan küçələrə axışıb.

Bazar gününə keçən gecə paytaxt Qahirədə Daxili işlər nairliyinin binasının yanında baş verən iğtişaşlar nəticəsində 10 nəfərin ölməsi barədə xəbər yayılıb.  "Əl-Cəzirə" telekanalının məlumatına əsasən,  nümayişçilər nazirliyin binasına hücum həyata keçirmək cəhdləri göstərərkən, onlara atəş açılıb. Nəticədə 10 nəfərin həyatına son qoyulub, onlarla insan müxtəlif xəsarətlər alıb. Tibbi mənbələrdən alınan məlumatlara əsasən yaxınlıqdakı xəstəxanalara onlarla insan müracıət edib.

Əlavə olaraq, telekanalının məlumatına görə, Misirin Əl-Fəyum əyalətində (Qahirədən 100 km cənubda yerləşir) naməlum şəxslər yerli həbsxananın rəisini güllələyib və yüzlərlə məhbusu azadlığa buraxıblar.

Şənbə günü xalqın etiraz aksiyaları ölkə prezidenti Hüsni Mübarəkin hökumətin istefası haqqında bəyanatlarına baxmayaraq, Misirn bütün böyük şəhərlərində davam edib.

Bundan əvvəl məlumat verildiyi kimi, Misirin İsgəndəriyyə şəhərində 23 nümayişçinin meyiti tapılıb. Kütləvi iğtişaşlarda min nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son günlərdə liman şəhəri olan Sueçdə baş qaldıran zorakılıq dalğaları nəticəsində 13 nəfərin həyatına son qoyulub, xəsarət alanların sayı isə 75 nəfərdir.

Misirdə iqtisadi və siyasi islahatların keçirilməsinin, həmçinin ölkəni 30 ildir idarə edən 82 yaşlı prezident Hüsni Mübarəkin istefasının tələb edildiyi nümayişlər yanvarın 25-də başlayıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!