Orta şərq » İranda 15 terrorçuya edam cəzası
İslam-Azerinin İRİNN-ə istinadlı xəbərinə görə, İranda terror təşkilatı üzvü olan 15 nəfərə edam cəzası.

Terror təşkilatı PKK/PJAK-a yönəlmiş hərbi əməliyyatlar nəticəsində tutulmuş 15 terror təşkilatı üzvü edam hökmü verilib.

İran təhlükəsizlik güclərin tərəfindən sərhəd bölgəsində reallaşdırılan əməliyyatda silahlarıyla birlikdə tutulan terror təşkilatı məsullarının mühakimə olunmasının tamamlandığı bildirildi.

İran İnqilab Məhkəməsində mühakimə olunan terror təşkilatı üzvləri, "Terror təşkilatı PKK/PJAK əmri ilə silahlı hərəkət etmək, cinayət, silahlı qəsb və terror aktları törətməkdən dolayı, adam qaçırmaq, bölgə xalqına hədə-qorxu gəlmək, İranın milli təhlükəsizliyini təhdid etmək və terror təşkilatına maliyyə təmin etmək məqsədiylə narkotik ticarəti etmək" cinayətlərindən edama məhkum edildiyi bildirilib.

İslam-Azeri.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!