Yaxın şərq » Mübarək hökuməti istefaya göndərdi

Hüsnü Mübarək televiziya ilə xalqa müraciət edib

Misir prezidenti Hüsnü Mübarək televiziya ilə xalqa müraciət edib. "ANS PRESS"in məlumatına görə o bildirib ki, həmişə ölkə əhalisinin əsas təbəqəsinin - yoxsul insanların tərəfində olub: “Biz işsizilklə mübarizəni davam etdirəcəyik. Biz hazırkı vəziyyətin - talançılıq və yanğın törədilməsinin öhdəsindən gələcəyik. Mən misirliləri ölkənin ümumi maraqlarına xidmət etməyə, hökumət binalarını yandırmamağa çağırıram”.

Misir prezidenti həmvətənlərini əmin edib ki, iqtisadi və siyasi islahatları davam etdirəcək. “Bu (baş verən hadisələr,',0), Misirə qarşı sövdələşmədir”, - deyən Hüsnü Mübarək insan tələfatına kədərləndiyini bildirib.

Hüsnü Mübarək bəyan edib ki, hökuməti istefaya göndərib. Onun sözlərinə görə, yeni hökumət bu gün elan ediləcək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!