
Bu barədə idarənin sözçüsü Rəhimə Dadaşova məlumat verib
Dünən bəzi KİV-nin verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin  (QMİ) rəhbərliyi və Qazilər Şurası orta məktəblərdə hicab  geyinilməsinin qadağan edilməsi məsələsi ilə bağlı fətva verib. Bu  barədə İslam Universitetinin rektoru Sabir istinad edilib.
Bundan  başqa idarənin sözçüsü Rəhimə Dadaşova  isə “deyerler.org”-a şərhində  bildirdi ki, bu məlumatlar əsassız iddiadır. “Bunlar həqiqətə uyğun  olmayan informasiyadır. Və təhrif olunmuş fikir əsasında qurulub”, –deyə  Rəhimə xanım bildirdi.
“Şeyx hicab barəsindəki mövqeyini dəyişibmi?”  sualına isə Rəhimə xanım “Şeyx Həzrətləri dini lider olaraq fikrini  dəyişən insanlardan deyil. O mövqeyini bir mənalı olaraq bildirib”-deyə  cavab verdi. 
 
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin  sədri şeyxülislam Allahşükür Paşazadə məktəblərdə yaranan hicab məsələsi  ilə bağlı mövqeyini "Turan"a ifadə edərkən bildirmişdi ki, Hicab  məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl  olunmalıdır.  “Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması  müzakirə edilə bilər”, - deyə QMİ sədri bildirmişdi.