"Təkfirçilər, özlərindən olmayanı kafir adlandırır. Əhli-Beyt (ə) davamçılarını kafir adlandırmaqla yanaşı, əhli-təsənnünü də kafir adlandırmışdır"
“Əl-Əzhər”in alimləri təkfirçiliyi və Mossadı Misirin İskəndəriyə kilsəsində baş verən cinayətin amili elan etmiş və Misir dövlətini Livan, Fələstin və İraq müqavimətini himayə etməyə dəvət etmişdir. (abna)
Misirdə olan Yafa tədqiqat mərkəzi bu ölkədə yerləşən İskəndəriyyə kilsəsində baş verən partlayışı tədqiq etmək üçün “fitnəni kim sakitləşdirəcək” adlı dini və siyasi iclas təşkil etmişdir.
Bu iclasda iştirak edənlər İslamı da bu kilsə cinayətinin qurbanı kimi bəyan etmişdilər. Bu hadisəni pisləmək kifayət olmadığından, dünyada terrorizmlə mübarizə strategiyasını hazırlamağı tələb etmişdilər.
Alimlər təkfirçilərin fikirlərini şiddətlə pisləyərək, demişdilər: “Təkfirçilər, özlərindən olmayanı kafir adlandırır. Əhli-Beyt (ə) davamçılarını kafir adlandırmaqla yanaşı, əhli-təsənnünü də kafir adlandırmışdır. Axırıncı fitvada isə Şeyx Yusif Qərdavini də kafir adandırmışdılar”.
İclasda iştirak edənlər bildirdilər: “Təkfirçilər cavanlar yetişdirirlər ki, İslamdan ancaq saqqal və niqabı götürmüşdülər. İndi də xristianları kafir adlandıraraq, onlara əl vermək və təbrik etməyi haram elan etmişdilər. Bununla da İslam ümmətini pis vəziyyətə salmışdılar”.
Əhli-təsənnün alimlərdən biri deyir: “Misir dövləti gərək İslamın düşməni olan sionist rejim və bu partlayışda əli olan “Əl-Qaidə” ilə rabitəsinə yenidən nəzər salsın. “Əl-Qaidə” kimi yolunu azmış qruplar rahatlıqla Mossada xidmət edə bilər. Çünki İsrail və Amerika ölkələri tərəfindən idarə edilən ərəb ölkələri İslamdan bezardırlar. Ehtimal var ki, bu cinayətdə Mossadın və təkfirçilərin əli vardır. Ona görə də Misir dövlətindən istəyirik ki, İsrail rejimi ilə siyasi və ictimai rabitəsini qət etsin və Livan, Fələstin və İraq müqavimətini himayə etsin”./Deyerler/