Orta şərq » İranda dünya azərbaycanlıların lideri müzakirə obyektinə çevrilib
İlham Əliyev

İslam Respublikasında Azərbaycan prezidentinin bəyanatına münasibət birmənalı olmayıb

İranın İslam Şurasının beynəlxalq təhlükəsizlik və xarici siyasət palatasının sədri Ələddin Bürücerdi Azərbaycan prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının lideri olmasını istisna edib. ABNA-nın məlumatına görə, o bildirib ki, İranda yüksək rütbələrdə azərbaycanlılar kifayət qədərdir. Vilayəti-fəqihlə fəxr edən İran azərbaycanlıları bunu göstəriblər. Bürücerdi bildirib ki, İran azərbaycanlıları qətiyyən Azərbaycan Respublikasının təsirində deyillər və ölkədəki millətlərarası birlik İran üçün böyük nemətdir.İlham Əliyevin dünya azərbaycanlılarının həmrəylik günündə etdiyi müraciətdə özünü azərbaycanlıların lideri elan etməsi real deyil.

İslam-Azeri.az İnternet qəzetinin "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, İranın Xarici İşlər Nazirliyinin təmsilçisi Ramin Mehmanpərəst keçirdiyi mətbuat konfransında İlham Əliyevin bəyanatına münasibət bildirib. Deyib ki, İlham Əliyev liderlik iddiası yoxdur.

Mehmanpərəst bildirib ki, bəzi qüvvələr bölgə ölkələri arasında ixtilaf yaratmağa cəhd göstərirlər. Məhz bu səbəbdən də İlham Əliyevin çıxışı təhrif olunmuş formada mətbuat səhifələrinə çıxarılıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!