Orta şərq » Minbərdə haqqı deyin-Şeyx Cavad Lənkərani
Şeyx Cavad Lənkərani

Ayətullahül üzma Şeyx Məhəmməd Fazil Lənkəraninin oğlu Ayətullah Cavad Lənkərani tələbələrlə görüşündə Azərbaycandakı son İslamafobiya addımlarına toxunub

İslam-Azeri.az İnternet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə, Ayətullah Lənkərani bir qrup tələbələrlə görüşü zamanı Azərbaycandakı son İslamafobiya addımlarını tənqid edib.

O hicab qadağasının əslində Azərbaycanda İslamı məhv etmək istəkləri olduğunu önə çəkərək deyib: "Mənə çatan məlumata görə Azərbaycan Respublikasında bəzi nazirlər təhsil ocaqlarında hicaba qadağa qoyublar.
Xalqı oyadın. Nə üçün 80 faizi şiə olan bir məmləkətdə kimsə Qurana hücum etməlidir?! Əgər məlun Rafiq Tağı Peyğəmbəri təhqir edəndə Azərbaycan xalqı onu lazımınca cəzalandırsaydı bu gün vəziyyət başqa şəkildə olardı. İndi hicab məsələsi gündəmdədi. Əgər biganəlik göstərsəniz qarşıdakı illərdə sizin üçün daha dərin quyular qazılacaq. Bizim öz ölkəmizdə də belə olub. Hicaba qadağa ilə başlayıblar, sonra İslam tarixini dəyişiblər. Mərhum Ayətullah-üzma Bürucerdinin vəfatından sonra Quranın hökmlər hissəsinə əl uzatdılar. Bütün bu çirkin addımlar bir-birinin ardınca gəlib. Hamı gözəl bilir ki, örpəklə sinifdə əyləşib dərs keçməyin heç bir zərəri yoxdur. Hicaba müxalif olan şəxs müsəlman deyil və Quranla vuruşur. Hicaba qarşı addım dini zərurətlərə qarşı addımdır. Buna şübhə etməyin. Bu səbəbdən də ayıq olmağınızı istəyirəm. Söhbət hicab söhbəti deyil. Əgər xatırlasanız ötən il minarələrdən azana qadağa qoydular. Təəssüf ki, hökumətə bağlı yüksək rütbəli ruhanilərin də bir qismi onlarla razılaşdı. Sonra məscidləri sökməyə başladılar. Bütün bu hadisələri xronoloji ardıcıllıqla nəzərdən keçirsəniz görərsiniz ki, bütün bunlar öncədən hazırlanmış bir layihədir. Məqsəd Azərbaycanda İslamı məhv etməkdir. Bir gün azanla müxalif olur, başqa bir gün məscidi bağlayır, növbəti gün hicab və əzadarlıqla müxalifətə başlayırlar. Ən əsası budur ki, biz nə baş verdiyini anlayaq".

Bir zamanlar tələbə olan və sonra ruhani adına layiq olanların məsuliyyətlərinin böyük olmasını önə çəkən Ayətullah Lənkərani deyib: "Bu hadisələr qarşısında siz tələbələrin məsuliyyəti ağırdır. Minbərdə həqiqətləri xalqa çatdırın. Allahın dinini yaymaqdan qorxmayın. Axı əllərindən nə gəlir? Həbs edəcəklərsə, şəhadətə çatdıracaqlarsa, bütün bunlar ali bir məqama çatmaqdır. Bütün bunları imamlarımız arzu ediblər. Allahın istəyi olmadan zərrəcə zərər vura bilməzlər. Qorxunu bir kənara qoyub həqiqətləri bəyan etmək lazımdır. Nəfəsləriniz o qədər təsirli olsun ki, İslam və məktəb düşmənlərinin çirkin planları puça çıxsın".

Xatırladaq ki, Ayətullah Cavad Lənkərani də müctehid səviyyəsində olan bir islam alimidir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!